“Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır”
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
İclasda çıxış edən spiker Sahibə Qafarova Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib.
O qeyd edib ki, ötən gün Senatda çirkin siyasi aksiya təşkil edilib və təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.
Ardınca qətnaməylə bağlı müzakirələrə başlanılıb.
Deputat Azay Quliyev bildirib ki, qətnamə siyasi korrupsiyanın bariz nümunəsi hesab edilməlidir: “Dünyada indiyə kimi belə bir absurd qətnamə qəbul olunmayıb. Qətnamə işğaldan azad edilən torpaqların yenidən işğalçıya qaytarılmasını tələb edir. Həmçinin Türkiyəyə qarşı da əsassız iddialarla çıxış edir. Qətnamə ləğv olunana kimi biz Fransanın ATƏT-in həmsədri kimi qalmasından imtina etməliyik. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Fransayla diplomatik əlaqələrə yenidən baxılmalıdır. Həmçinin parlamentin Fransa ilə İşçi Qrupunun fəaliyyəti dayandırılmalıdır”.
Marja.az Telegramda: https://t.me/marjaaz
Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır






















