Varlılar siyahısında İlon Mask, Bill Qeytsi keçdi
Elektromobil istehsalçısı Tesla şirkətinin 49 yaşındakı İcraçı direktoru və qurucusu Elon Musk (İlon Mask), Microsoft-un qurucusu Bill Gatesi (Bill Qeyts) keçərək dünyanın ən varlı ikinci adamı olub.2020-ci ili maliyyə baxımdan ən məhsuldar keçirən adlardan biri olan Elon Musk, Bazar ertəsi günü daha bir müvəffəqiyyətə imza ataraq dünyanın ən varlı ikinci adamı olan Bill Gates-i "taxtından" endirib.
Marja xəbər verir ki, Bazar ertəsi günü Musk-ın sərvətinin xalis dəyəri 7,2 milyard dollar artaraq 127,9 milyard dollara çatıb.
Bloomberg Milyarderlər İndeksinə görə, Musk, 2020-ci ilin əvvəlində indeksdə 35-ci yeri tuturdu. Musk, 2020-ci il ərzində sərvətinin xalis dəyərinə 100,3 milyard dollar əlavə edib. Tesla-nın davamlı artan bazar dəyəri isə 500 milyard dollara çatıb.
Musk-ın sərvətinin təxminən dörddə üçü Tesla səhmlərindən ibarətdir.
Dünyada ilin əvvəlindən bu yana sərvətini ən çox artıran adam Musk-dır, Amazonun İcraçı direktoru Jeff Bezos isə 67 milyard dollarlıq sərvət artımı ilə onun ardınca gəlir.
21 Dekabrdan etibarən Tesla şirkətinin səhmləri ABŞ-ın ən böyük 500 şirkətini əhatə edən S&P 500 Birjasında ticarət olunacaqdır. Bu xəbər Tesla şirkətinin səhmlərinə marağın artmasına və bahalaşmasına səbəb olub. Nəticədə də Musk-ın sərvəti daha da artıb.
Tesla səhmləri, Bazar ertəsi günü əməliyyat günündə 6,58% bahalaşaraq 521,85 dollara çataraq indiyədək ən yüksək bağlanışını edib. İl ərzində Tesla səhmləri 500%-dən çox bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























