Tesla-nın dəyəri ilk dəfə 500 milyard dolları gördü
Elektromobillər istehsalçısı Tesla şirkətinin səhmləri bahalaşmqda davam edir.
Marja xəbər verir ki, ilk dəfə şirkətin bazar dəyəri 500 milyard dollar səviyyəsini görüb.
21 dekabrdan şirkətin səhmləri ABŞ-da S&P 500 indeksində ticarət olunacaq. Şirkətin dünyanın qabaqcıl indekslərindən biri olan S&P 500-ə daxil olacağına dair xəbər sərmayəçilərin Tesla səhmlərinə maraqlarının artmasına səbəb olmuşdur.
Şirkətin səhmləri 2020-ci ildə 550% bahalaşıb. Şirkətin səhmlərinin bahalaşması ilə əlaqədar olaraq Elon Musk-ın da (İlon Mask) sərvəti artıb. Elon Musk, dünyanın ən varlı ikinci adamı olan Bill Gatesi (Bill Qeytsi) "taxtından" endirib. Musk-ın sərvəti 7,2 milyard dollar artaraq 127,9 milyard dollara çatıb.
Bloomberg Milyarderlər İndeksinə görə, Musk, ilin əvvəlində indeksdə 35-ci yerdə idi. Musk, 2020-ci il ərzində sərvətinə 100,3 milyard dollar əlavə edib. Musk-ın sərvətinin təxminən dörddə üçü Tesla səhmlərindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





