“Sumqayıt Texnologiyalar Parkı”nın təşkilati idarəetmə və biznes strukturunda yeniliklər
“Sumqayıt Texnologiyalar Parkı” MMC ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində səylərin artırılması və təşkilati idarəetmə formasının korporativ standartlara uyğunlaşdırılması məqsədilə holdinq idarəetmə modeli formasında yenidən təşkil edilmişdir.
Yeni fəaliyyət modelinə keçid ölkə sənayesinin inkişafına, rəqabət qabiliyyətli məhsulların xarici bazarlara ixrac edilməsinə və spesifik sahələr üzrə peşəkar kadrların formalaşdırılmasına öz töhfəsini verəcəkdir. Qeyd edilən dəyişikliklər beynəlxalq standartları və təcrübəni nəzərə almaqla həyata keçirilir.
“Sumqayıt Texnologiyalar Parkı” MMC-də təşkilati və biznes idarəçilik istiqamətində struktur dəyişikliyi çərçivəsində yeni Biznes Vahidlər və Müştərək şirkətlər yaradılmışdır. Əsas istehsal sahələri üzrə “STP Aluminium”, “STP Global Cable”, "STP Metal Structures" və digər törəmə müəssisələr təsis edilmişdir. STP-nin tərkibində fəaliyyət göstərən bir sıra istehsalat müəssisələri və sahələri aidiyyəti üzrə bu şirkətlərin tərkibində inkişaf etdiriləcəkdir. STP də daha çevik və şəffaf idarəçiliyi nəzərdə tutan struktur dəyişikliyinin tətbiqi müəssisələrə öz istiqamətlərinə fokuslanmağa, yenilikləri daha sürətlə tətbiq etməyə, məhsul çeşidinin genişləndirilməsinə, müştəri ehtiyacına daha çevik reaksiya verməyə şərait yaradacaq.
Bu günə kimi Texnoparkın istehsal etdiyi məhsullar və xidmətlər Azərbaycanın müxtəlif bölgələrində aparılan nəhəng infrastruktur layihələrində geniş tətbiq olunub.
STP komandası olaraq ölkə tələbatını maksimum ödəmək, ölkə xaricində “Made in Azerbaijan” markasını inkişaf etdirməklə yanaşı, işğaldan azad edilən torpaqlarımızda aparılacaq yenidənqurma işlərində fəal iştirak etmək üçün indidən hazırlıq proseslərinə başlanılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























