Tramp, ABŞ-lıların bir sıra Çin şirkətlərinə sərmayə qoymasını qadağan edir
Tramp Çin ordusunu dəstəkləyən şirkətlərə sərmayə qoyulmasını qadağan edən fərman imzalayıb.ABŞ Preidenti Donald Tramp, ABŞ-lıların və ABŞ şirkətlərinin Çin ordusuna dəstək verən Çin şirkətlərinə sərmayə qoymalarını qadağan edən fərman imzalayıb.
Marja Ağ Evin məlumatına istinadən xəbər verir ki, Çinin ordusunu və kəşfiyyatını inkişaf etdirməyə maliyyə təmin etmək üçün ABŞ sərmayəsini gedərək artan bir şəkildə istismar etdiyinə işarə edən Tramp, bu vəziyyətin ABŞ-ı birbaşa təhdid etdiyini vurğulayıb.
Tramp, Çinin, sivil şirkətləri ordunu və kəşfiyyat fəaliyyətlərini dəstəkləməyə məcbur edərək ölkənin hərbi sənayesini inkişaf etdirdiyini bildirib, bu şirkətlərin ABŞ-lı investorlara qiymətli kağız sataraq sərmayə cəlb etdiklərini bildirib.
ABŞ Prezidenti Tramp, "Çin, bu şəkildə ordusunun inkişafını və modernləşdirilməsini maliyyləşdirmək üçün ABŞ-lı investorları istifadə edir",- deyib.
Sərmayə qadağası siyahısında 31 şirkət var
Fərman ilə, ABŞ şirkətlərinin və vətəndaşlarının Çin ordusuna dəstək verən Çin şirkətlərinin birbaşa ya da fondlar vasitəsilə səhminə sahibi olmalarını qadağan edilir.
11 Yanvar 2021-də qüvvəyə minəcək fərmanın Çinin böyük aviasiya, inşaat, texnologiya və telekommunikasiya şirkətlərinə təsir edə biləcəyi ifadə edilir.
ABŞ mətbuatında yer alan xəbərlərdə, Müdafiə Nazirliyi tərəfindən müəyyən olunan 31 Çin şirkətinin siyahıda yer aldığı qeyd edilib.
Bu şirkətlərin çoxunun səhmlərinin Honq Konq da daxil olmaqla Çin birjalarında ticarət olunduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























