"Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz"
“Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”. Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu döyüşdə qazanılan uğura görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, qardaş Azərbaycan xalqını təbrik edib: “Azərbaycan uzun illər münaqişəni sülh yolu ilə həll etmək istədi, ancaq atəşkəsi pozan Ermənistan oldu. Döyüşdəki qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında bir atəşkəs razılaşması imzalandı. Əvvəlcə 3 dəfə atəşkəs razılaşmasını pozan Ermənistan oldu”.
Türkiyə Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın istədiyi 30 il işğal altındakı torpaqlarını geri almaqdır: “Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, seçirsə, Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz, biz bunu dəfələrlə bildirdik. Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılması üçün son razılaşma ilə bir təqvim müəyyənləşdi”.
"Sabah Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq"
Mövlud Çavuşoğlu, “Sabah Rusiyadan bir nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq”.- bildirib.
M. Çavuşoğlu deyib ki, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək: “Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək. Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik”.
Türkiyə Xarici işlər naziri qeyd edib ki, əvvəllər atəşkəsi pozan Ermənistanın artıq dərs aldığını düşünür: “Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























