Rusiya və Türkiyə Dağlıq Qarabağ məsələsini müzakirə edir
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.
Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderləri ilə telefon təmasları barədə məlumatlandırıb.
Rusiya və Türkiyə dövlət başçıları münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Türkiyə Prezident Adminstrasiyası da Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə-Rusiya əlaqələri və Dağlıq Qarabağ əsas olmaqla, regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın əks hücum əməliyyatlarının yalnız öz ərazisi daxilində olduğunu bildirib.
Ermənistan hakimiyyətinin danışıqlar masasına gəlməsi üçün cəhdlərin önəmli olduğunu bildirən Türkiyə Prezidenti bu münaqişəyə daimi həll yolu ilə son qoyulmasının və bölgədə sülhün, sabitliyin bərqərar olunmasının vacibliyini də qeyd edib.
Cavuşoğlu ilə Lavrov Qarabağla bağlı müzakirə aparıblar
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefonla danışıb.
Türkiyə Xarici İşlər Nazirliyinin xəbərinə görə, telefon söhbətində nazirlər Dağlıq Qarabağ mövzusunda fikir mübadiləsi aparıblar.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























