Əmanətlərin Sığortalanması Fondunda yeni təyinatlar
Əmanətlərin Sığortalanması Fondunda yeni təyinatlar olub.
Marja xəbər verir ki, Akşın Cahangirov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib.
Akşın Cahangirov 1995-2001-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və maliyyə təhlili ixtisasını bakalavar və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
A.Cahangirov daha əvvəl həm özəl həm də dövlət təşkilatlarında rəhbər vəzifələri tutmuşdur. Beləki, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC, “Ata Sığorta” ASC kimi özəl şirkətlərdə və həmçinin, qiymətli kağızlar bazarının mərkəzi institutu olan “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi”ndə, Bütün Maliyyə Bazarlarına Nəzarət edən “Maliyyə Bazarlarına Nəzarət Palatası” PHŞ qeyri-həyat sığortasına nəzarət idarəsində və son təyinata qədər isə “Günay Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışmışdır.
Həmçinin Elnur Rzayev Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur Rzayev bundan əvvəl müxtəlif vəzifələrdə çalışmışdır. 2018-2020-ci illərdə “Aztexnika LTD MMC” – də İcraçı direktorun müavini - Maliyyə departamentinin direktoru vəzifəsində, 2020-ci ilin aprel ayından son təyinata qədər isə “AZSIĞORTA ASC”-də Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. Elnur Rzayev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisasını bitirmişdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
21 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























