“Rabitəbank” məşhur topçu əsgərimizin təhsil haqqını qarşılayacaq
Ölkənin aparıcı banklarından biri “Rabitəbank” ASC ikinci Qarabağ savaşının ilk günlərindən ordumuza dəstək göstərir. Son günlər fotoşəkli bütün sosial şəbəkələrdə paylaşılaraq ordumuzun məğrurluq simvoluna çevrilmiş topçu əsgər Vüsal Şahkərimovun təhsil arzusuna biganə qalmayan “Rabitəbank” əsgərimizin təhsil xərcini qarşılamağa qərar verib.
Qəhrəman əsgərimizin atası İslam Şahkərimovun müsahibəsində qeyd etdiyinə əsasən daha öncə Vüsal maddi imkanları yetmədiyi üçün ödənişli qəbul olduğu universitetdə təhsil ala bilmədi, Vüsalın qayıdan kimi ilk arzusu təhsil almaqdır. Vüsalın təhsil arzusunu gerçəkləşdirməyi böyük qürurla öhdəsinə götürən Bank ödənişli əsaslarla qəbul olacağı təqdirdə bütün təhsil haqqını, ödənişsiz təhsil hüququ qazanağı halda tədris müddəti boyunca aylıq təhsil təqaüdünü qarşılayacaq.
Xatırladaq ki, bu, “Rabitəbank”ın ilk təşəbbüskar addımı deyil. Bundan öncə Bank Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürmə edib. Müştərilərin də fonda məsafədən ianələrini asanlaşdırmaq üçün “Rabitəbank Mobil” tətbiqində onlayn dəstək funksiyası istifadəyə verilib. Həmçinin Bank, Mərkəzi Bankın qərarına dəstək olaraq cəbhədə şəhid olmuş və müharibədən zərər çəkmiş mülki müştərilərinin də kredit borcunu silmək və kredit tarixçəsini müsbət tutmaq kimi öhdəliyi icra edəcək. Bundan başqa “Rabitəbank” əsgərlərimizin maddi texniki ehtiyaclarının qarşılanması məqsədilə yardım qutuları hazırlayaraq ön cəbhəyə göndərib.
“Rabitəbank” Vüsalın timsalında bütün rəşadətli hərbçilərimizin zəfər müşdələri ilə salamat qayıtmalarını arzulayır! Qələbə Azərbaycan Ordusunundur!
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























