Azərbaycan kömək etdi, Monteneqro quruma üzv seçildi
Azərbaycan qlobal arenada mövqeyinin və nüfuzunun möhkəmləndirilməsi istiqamətində beynəlxalq təşkilatlar və digər ölkələrlə əməkdaşlığını davam etdirir.
Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan Eqmont Qrupuna üzvlüyü çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) dəstəyilə Monteneqronun MMO-su olan Çirkli Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Departamentinin Eqmont Qrupuna üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq 3 noyabr tarixində Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnib.
Belə ki, bu proses çərçivəsində Monteneqro MMO-nun üzvlük müraciəti MMX-nin dəstəyi ilə hazırlanaraq müvafiq səyyar yoxlaması üzrə hesabatla birgə Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Alt-Qrupuna təqdim edilmiş, qiymətləndirmə və müzakirələr əsasında Eqmont Qrupunun ali idarəetmə orqanı olan MMO Rəhbərləri Şurasına müsbət rəylə təqdim edilmişdir. MMO Rəhbərləri Şurası, öz növbəsində, bu rəyi qəbul edərək Monteneqro MMO-nun üzvlüyünü təsdiq edib.
Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Ottava şəhərində yerləşən Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 166 ölkənin üzv olduğu vahid təşkilatdır. MMO-ların PL/TMM üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi bu təşkilatı xüsusilə aktuallaşdırır, habelə PL/TMM üzrə dünya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə məlumat mübadiləsi aparmaq üçün etibarlı platformaya çevirir. Azərbaycan Eqmont Qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






