Silahlı Qüvvələrə Yardım Fondu 100 milyon manatdan çox artıb
Şirkətlərin və fərdlərin yardımları hesabına Azərbaycan Silahlı Qüvvələrə Yardım Fondu son 2 ayda 100 milyon manatdan çox artıb.Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək cəmi 198 milyon 13 min 34 manat, 10 milyon 996 min 106 ABŞ dolları, 165 min 596 avro, 495 min 521 türk lirəsi, 1 min 295 ingilis funt sterlinqi və 5 milyon 62 min 550 rubl vəsait daxil olub.
Bu barədə Marja-ya Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, oktyabrın 1-dək Fonda 120 milyon 106 min 408 manat, 218 min 681 ABŞ dolları, 18 min 341 avro və 5 min rubl vəsait daxil olmuşdu.
Beləliklə, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626 manat, 10 milyon 777 min 425 ABŞ dolları, 147 min 25 avro və 5 milyon 57 min 550 rubl vəsait daxil olub.
Sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593 manat və 5 min 103 dollar vəsait daxil olmuşdu.
Son 2 ayda Fonda daxil olmuş cəmi vəsait manat ilə ifadədə 100 milyon manatı keçib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)





