ABŞ Prezidenti seçkisi - Joe Biden öndədir
ABŞ-da 59-cu Prezident seçkisinin ilkin nəticələri məlum olub.
Marja xəbər verir ki, səslər və nümayəndə sayı üzrə Joe Biden öndədir.
Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Demokratların namizədi Joe Biden 264, Respublikaçıların namizədi, hazırkı Prezident Donald Trump 214 nümayəndə qazanıb.
Joe Biden səslərin 50,4%-ni, Donald Trump isə 48%-ni yığıb.
ABŞ seçki sistemində nümayəndə sayı daha həlledicidir. 270 nümayəndə sayına çatan namizəd ABŞ-ın 46-cı Prezidenti olacaqdır.
ABŞ seçki sisteminə görə, 538 nümayəndənin yarısından 1 artıq olan 270 nümayəndəyə çatan namizəd Prezident seçkisini qazanır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Respublikaçıların namizədi 74 yaşındakı Donald Trump 1992-ci ildə George HW Bush-dan sonra vəzifədəykən seçkini uduzan ilk Prezident olmamaq üçün mübarizə aparır, 77 yaşındakı sabiq Prezident köməkçisi Joe Biden isə seçkinin sonunda yenidən Ağ Evə qayıdacağını gözləyir.
ABŞ-da iki mərhələli seçki sistemi mövcuddur. Seçicilər, qeydiyyatda olduqları ştatın Seçki Komissiyasına göndərəcəyi nümayəndələri, nümayəndələr də Prezident və Prezident köməkçisini seçir. Seçki Komissiyasında 538 nümayəndə var. Ştatlar əhali saylarına görə, bu komissiyada müəyyən nümayəndə sayına sahibdirlər.
Prezident seçilmək üçün namizədlərdən birinin Seçki Komissiyasındakı nümayəndələrdən ən azı 270-ni qazanması lazımdır. Əhəmiyyətli olan nümayəndə sayı olduğundan ölkə daxilində ən çox səsi yığan namizədin Prezident seçilə bilmədiyi vəziyyətlər də olmuşdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















