İnvoys qiymətləri fərqi - 895 min manat

Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895 min manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.
Firma | Təqdim olunan invoys (USD) | Orijinal invoys (USD) | Fərq (USD) | Fərq (AZN) |
“RAKURS” MMC | 5 713,51 | 8 593,51 | 2 880,00 | 4 982,40 |
“RAKURS” MMC | 6 162,00 | 10 554,34 | 4 392,34 | 7 598,75 |
“SEM-GROUP” MMC | 37 000,00 | 46 915,63 | 9 915,63 | 17 154,04 |
“Avrosof” MMC | 35 009,30 | 52 562,72 | 17 553,42 | 30 367,42 |
AĞASİYEV EMİL AYDIN OĞLU | 60 730,00 | 136 000,00 | 75 270,00 | 130 217,10 |
İMANOV ƏLİ NİZAMİ OĞLU | 48 221,70 | 207 000,00 | 158 778,30 | 274 686,46 |
NƏBİYEV İLHAM KƏRƏMULLAH OĞLU | 35 734,48 | 71 284,86 | 35 550,38 | 61 502,16 |
“ARSAN COMPANY” MMC | 33 092,00 | 54 438,00 | 21 346,00 | 36 928,58 |
“MZ GROUP AZƏRBAYCAN” MMC | 41 993,29 | 77 085,59 | 35 092,30 | 60 709,68 |
“Avrosof” MMC | 41 890,72 | 75 000,02 | 33 109,30 | 57 279,09 |
“LOTOS-2016” MMC | 17 560,50 | 33 899,00 | 16 338,50 | 28 265,61 |
“TRAYEKTORİYA-NF” MMC | 18 818,00 | 35 300,00 | 16 482,00 | 28 513,86 |
ABASOV ŞƏNLİK FƏXRƏDDİN OĞLU | 25 896,65 | 55 956,65 | 30 060,00 | 52 003,80 |
“Yamaxa-08” MMC | 35 625,00 | 75 935,00 | 40 310,00 | 69 736,30 |
“Avrosof” MMC | 28 900,00 | 67 300,00 | 38 400,00 | 66 432,00 |
“Avrosof” MMC | 26 600,00 | 62 901,70 | 36 301,70 | 62 801,94 |
“Avrosof” MMC | 28 910,00 | 78 045,70 | 49 135,70 | 85 004,76 |
“İDC 2000” MMC | 30 336,50 | 58 090,50 | 27 754,00 | 48 014,42 |
“İDC 2000” MMC | 29 701,55 | 56 935,35 | 27 233,80 | 47 114,47 |
“İDC 2000” MMC | 42 142,00 | 79 572,40 | 37 430,40 | 64 754,59 |
“İDC 2000” MMC | 43 821,60 | 81 241,20 | 37 419,60 | 64 735,91 |
“İDC 2000” MMC | 47 704,60 | 89 694,77 | 41 990,17 | 72 642,99 |
“İDC 2000” MMC | 49 616,39 | 93 170,00 | 43 553,61 | 75 347,75 |
“İDC 2000” MMC | 45 514,54 | 85 531,91 | 40 017,37 | 69 230,05 |
“İDC 2000” MMC | 30 788,02 | 58 911,94 | 28 123,92 | 48 654,38 |
“İDC 2000” MMC | 49 804,20 | 93 526,40 | 43 722,20 | 75 639,41 |
“İDC 2000” MMC | 45 219,26 | 83 001,24 | 37 781,98 | 65 362,83 |
“İDC 2000” MMC | 46 398,75 | 87 290,15 | 40 891,40 | 70 742,12 |
“İDC 2000” MMC | 30 759,80 | 58 860,60 | 28 100,80 | 48 614,38 |
AĞAYEV FİRUDİN BƏHMƏN OĞLU | 23 166,72 | 29 000,00 | 5 833,28 | 10 091,57 |
“GREEN GROUP ADVERTİSİNG” MMC | 36 620,00 | 45 015,00 | 8 395,00 | 14 523,35 |
“QLOBAL KİMYA” MMC | 31 560,26 | 62 189,10 | 30 628,84 | 52 987,89 |
“TRANZİT-2016” MMC | 27 150,00 | 46 650,00 | 19 500,00 | 33 735,00 |
“TRANZİT-2016” MMC | 27 150,00 | 46 650,00 | 19 500,00 | 33 735,00 |
“PAŞAM MOBİLYA İ.İ.P.L.Ş FİLİALI | 39 730,00 | 71 755,00 | 32 025,00 | 55 403,25 |
“KOMMERSANT-2017” MMC | 37 377,40 | 59 483,23 | 22 105,83 | 38 243,09 |
“TURKUAZ-LL” MMC | 6 250,96 | 7 558,46 | 1307,50 | 2 261,98 |
“RAMSE” MMC | 31 813,68 | 51 499,91 | 19 686,23 | 34 057,18 |
“SƏMA İ.K.F.” FİRMASI | 13 394,00 | 17 100,00 | 3 706,00 | 6 411,38 |
ƏLİYEV ELXAN ABDUL OĞLU | 31 617,86 | 40 561,00 | 8943,14 | 15 471,63 |
“AKUSTİKA-M” MMC | 26 618,08 | 40 120,00 | 13501,92 | 23 358,32 |
“SARIDAĞ” MMC | 12 811,54 | 22 858,96 | 10 047,42 | 17 382,04 |
“HİDRO PARK” MMC | 5 720,00 | 39 882,00 | 34 162,00 | 59 100,26 |
“XİMEKSPRESS-2000” FİRMASI | 31 338,00 | 51 908,00 | 20 570,00 | 35 586,10 |
“VOLTA-M” MMC | 19 801,70 | 115 082,55 | 95 280,85 | 164 835,87 |
“BULUS TERMİNAL” MMC | 9 822,88 | 21 845,75 | 12 022,87 | 20 799,57 |
“BULUS TERMİNAL” MMC | 16 113,78 | 42 367,64 | 26 253,86 | 45 419,18 |
|
|
|
|
|
CƏMİ: | 1447721,22 USD | 2886125,78 USD | 1438404,56 USD | 2488439,89 AZN |
"Respublikamızda qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər, mütərəqqi islahatlar bu sahədə dinamik inkişaf üçün əsaslı stimul yaradıb. Son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər, ölkəmizin ixrac potensialının artması, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Gömrük orqanları da daim ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən siyasətə öz töhfəsini verməyə çalışır. “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və bu kimi digər yeniliklər, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ticarətin sürətli, asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün atılan mühüm addımlardır. Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq", - deyə məlumatda bildirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
4 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
20 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
20 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
