PAŞA Qrup-un dəstəyilə kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcəklər
2020-ci ilin iyul ayında PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunmuşdur.
Dünyada və ölkəmizdə ümumi epidemioloji vəziyyətin hələ də ağır olduğunu nəzərə alaraq, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri sözügedən mütəxəssislərin Azərbaycanda daha 3 ay fəaliyyət göstərmələri məqsədilə xidmət haqqında müqaviləni uzadıb.
Daha öncə qeyd olunduğu kimi, tibb mütəxəssisləri arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var. PAŞA Qrup Şirkətləri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müştərək fəaliyyəti nəticəsində ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə və ümumilikdə səhiyyə və tibb sahəsində dərin biliklərə malikdirlər. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşməyə, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmağa davam edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























