“Sual vermir, elə bil prokurordur. İttiham edir bizi, sən kimsən ki?”
“Verin də sualı Ermənistana, Ermənistana bu silahları verənlərə də sual verin. Nə üçün vermirsən? Bu silahların pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bunu bilirmi 1 ay ərzində nə qədər bunların malı batıb? Nə qədər onların silahlarını biz məhv etmişik. Bir dənə də jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi: “Xarici mətbuat... İndi Azərbaycan xalqı görür ki, mən bütün bu suallara cavab verirəm. Necə lazımdır, onların səviyyəsinə də düşmürəm heç vaxt. Necə lazımdır, cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm, get güzgüyə bax. Sən burda gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur. İttiham edir bizi, sən kimsən ki? İndi jurnalistlərə mənim hörmətim böyükdür. Ona görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















