“SOCAR Gürcüstanda sosial sahələrə 100 milyon dollara qədər investisiya yatırıb”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz sosial məsuliyyətini anlayır.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində “SOCAR Energy Georgia” tərəfindən tikiləcək uşaq bağçasının təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Gürcüstan hökumətinə bizə sosial layihələrimizi və investisiyalarımızı həyata keçirmək üçün imkan yaratdığı üçün minnətdaram. Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”.
Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.
O, SOCAR-ın Gürcüstanda bu işlərin rahat şəkildə həyata keçirməsi üçün hər bir şəraitin yaradıldığı üçün hökumətə minnətdarlığını bildirib.
R.Abdullayev qeyd edib ki, möhtərəm Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu əsas vəzifələrdən biri Gürcüstanda yaşayan soydaşlarımızın inkişafı üçün onların imkanlarının genişləndirməkdir: “Bu işdə də biz aktiv işləyirik və çalışırıq. Gürcüstan hökuməti də bu işdə bizə əlindən gələn köməyi əsirgəmir”.
Xatırladaq ki, bu gün Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində SOCAR Energy Georgia tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulub.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























