Yüksək Texnologiyalar Parkı ordumuza tibbi ləvazimatlar və mühərrik yağları göndərdi
tibbi ləvazimatlar və mühərrik yağlarından ibarət yardım göndərAMEA rəhbərliyinin tapşırığı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu növbəti dəfə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.
YT Parkdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, göndərilən tibbi ləvazimatlara Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.
Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 40 000 manat olan yardım göstərilib.
Yüksək Texnologiyalar Parkının kollektivi olaraq cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla onları dəstəkləməyə hazır olduğumuzu bildiririk!
Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları torpaqlarımızın tam işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycan haqlı mübarizədə zəfər çalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























