2025-ci ildə neft tələbatı gündəlik 94,4 milyon barrel neft ekvivalentinə yüksələcək
Xam neft 2045-ci ilə qədər qlobal enerji qarışığında ən böyük paya sahib karbohidrogen olaraq qalacaq.
Bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Bildirilir ki, keçən il qlobal enerji tələbatının 31 faizini təşkil edən neft 2045-ci ildə enerji tələbatında 27 faiz paya sahib olacaq. Xam nefti 25 faiz payla təbii qaz və 20 faiz paya malik kömür izləyəcək.
Hesabata görə, epidemiyanın təsiri azalacağı təqdirdə neft tələbatı 2021-ci ildə canlanacaq. Xüsusilə orta müddətdə sağlam böyümə nisbətlərinin gözlənilməsi neft tələbatının 2025-ci ildə gündəlik 94,4 milyon barrel neft ekvivalentinə və 2045-ci ildə isə sutkada 99,5 milyon barrel neft ekvivalentinə çatmasına səbəb olacaq.
Təbii qaz 2019-2045-ci illərdə ən çox inkişaf edən fosil enerji mənbəyi olacaq. Artan şəhərləşmə, sənaye tələbləri və elektrik istehsalında kömürlə müqayisədə daha rəqabətqabiliyyəti olması sayəsində qlobal təbii qaz tələbatı böyüməkdə davam edəcək. Beləliklə, keçən il gündəlik təxminən 67 milyon barrel neft ekvivalenti olan qlobal qaz tələbatı 2045-ci ildə sutkada 91 milyon barrel neft ekvivalentinə çatacaq və əsas enerji qarışığına ikinci ən böyük töhfəni verən karbohidrogen olacaq.
Sözügedən dövrdə tələbatın azalacağı yeganə əsas enerji mənbəyi kömür olacaq. Dünyadakı kömür elektrik stansiyalarının əksəriyyətinin bərpaolunan enerji və təbii qaz elektrik stansiyaları ilə əvəz edilməsi nəticəsində kömürə olan tələb 2045-ci ilə qədər hər il orta hesabla 0,3 faiz azalacaq. İnkişaf edən bölgələrdə karbon emissiyasının azaldılması üçün enerji səmərəli texnologiyaların istifadəsinin artması bu azalmaya əsas təsir göstərən amil olacaq. Qlobal miqyasda azalmaya baxmayaraq, Hindistanın kömür tələbatı hesabat dövründə ildə orta hesabla 2,6 faiz artacaq.
Qlobal neft tədarükü 2035-ci ildə sutkada 109 milyon barreli ötəcək
OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir ki, 2019-cu ildə sutkalıq 98,9 milyon barrel olan qlobal neft tədarükünün 2035-ci ildə 109 milyon barrel/günü ötəcəyi, 2045-ci ildə isə 109,3 milyon barrel/gündən çox olacağı gözlənilir.
Hesabata görə, OPEC-ə üzv olmayan ölkələrin neft tədarükü 2020-ci ildə gözlənilən kəskin azalmadan sonra 2025-ci ilə qədər güclü şəkildə bərpa olunacaq. Lakin OPEC-ə üzv olmayan ölkələrin çox az bir hissəsi neft tədarükünü lazımı formada artıra biləcək. Kanada, Qətər, Qazaxıstan və Qayananın istehsalı əhəmiyyətli dərəcədə artırması gözlənilir. 2019-cu ildə 65 milyon barrel/gün olan OPEC-ə daxil olmayan ölkələrinin neft tədarükünün cari ildə 61,8 milyon barrel/günə düşəcəyi proqnozlaşdırılır. Qeyri-OPEC üzrə tədarük 2025-ci ildə sutkada 70,7 milyon barrelə və 2030-cu ildə 71,5 milyon barrel/günə yüksələcək. 2045-ci ildə isə tədarükün yenidən gündəlik 65,4 milyon barrelə enəcəyi nəzərdə tutulur.
Bildirilir ki, 2020-ci ildə 33,8 milyon barrel/gün olan OPEC-ə üzv ölkələrin neft tədarükü 2033-cü ildə 30,7 milyon barrel/günə geriləyəcək. 2045-ci ildə sutkada 33,2 milyon barrelə çatması gözlənilən neft istehsalı 2065-ci ildə 43,9 milyon barrel/günədək artacaq.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti


























