Türkiyədəki dəftərxana ləvazimatları mağazalarından Azərbaycana dəstək - FOTOLAR
Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizin geri alınması əməliyyatını həyata keçirdiyi bu günlərdə Türkiyədə ofis və məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalar və onların işçiləri Azərbaycana dəstək nümayiş etdirirlər. Qardaş ölkədə yüzlərlə belə mağazalarının önündən Türkiyə və Azərbaycan bayraqları asılıb.
Türkiyədə ofis və məktəb ləvazimatlarının satışı sahəsində çalışanlar “Qarabağ bizimdir, Azərbaycanın yanındayıq” şüarlarını dilə gətirirlər.
Ölkəmizə dəstək aksiyası Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyədəki qolu olan “Cassa” şirkəti tərəfindən təşkil olunur.
Həmçinin “Cassa” şirkəti Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 40 min Türk Lirəsi (8 min 600 manat) ianə edib.
Azərbaycanlı iş adamının sərmayəsilə 2010-cu ildə yaradılmış “Cassa” şirkəti İstanbulda istehsal sahəsini qurub və ofisdə tələb olunan ləvazimatların istehsalını həyata keçirir. Məhsullar 30-dan artıq ölkəyə, o cümlədən Azərbaycan, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Serbiya və Bolqarıstana ixrac olunur.
Qeyd edək ki, “Cassa” markalı ofis və məktəb ləvazimatlarının Azərbaycanda məxsusi satış hüququ “İnci” şirkətlər qrupuna aiddir. Azərbaycanda fəaliyyət göstərən “Ofisait” mağazaları “İnci” şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























