İrşad Electronics cəbhədə şəhid olan və yaralanan hərbçilərin kredit borcunu tam siləcək
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcək.
Satış və Xidmət Departamentinin direktoru Aris Şıxəliyev bildirib ki, bu gün ordu sıralarında xidmət edən hər kəs Vətənə müqəddəs borcunu ödəyir, Vətənimizi göz bəbəyi kimi qoruyur, millətimizə daim başucalığı gətirirlər:
“Hərbçilərimizin qələbə xəbərlərini gözləyir və sağ salamat evinə dönmələrini arzulayırıq. Torpaqlarımızın azad olunması uğrunda döyüşən hərbçilərimiz arasında şəhid olan və ya yaralananlar olarsa onların kredit borcları tam silinəcəkdir. Vətən borcunu ödəyənlərin başqa bir borcu ola bilməz.”
Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Həmçinin Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Bundan əlavə ordumuza dəstək olmaq məqsədi ilə İrşad Electronics Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.
Şirkət ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda, Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























