Naxçıvana ambulanslar təqdim edilib
23 sentyabr 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.
Səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş Naziri Agentliyin İdarə Heyətinin sədrindən “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir: “Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik”.
Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan “Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin 84 ədəd Fiat Doblo markalı təcili tibbi yardım avtomobilləri “Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
24 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
37 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























