Eldar Həsənovun şərikinin də həbs edildiyi bildirilir
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.
Məlumata görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.
Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin rəsmi sənədlərə istinadən yaydığı məlumata görə, Eldar Həsənova məxsus olan, 2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik “RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkəti Bəhruz Əsədbəyli, Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. Fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. "Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.
"Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. 2017-ci ildə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə Əkbər Fərəcova satıb. Əkbər Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb.
Bəhruz Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.
İddiaya görə, Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. E.Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verib.
Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti olan “MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin ortaqları isə keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir.
Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 21 saat sonra
-
- 3 d. əvvəl
-
22 d. əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq






















