"Qiyməti 5 min dollaradək qalxa bilər, qızıl almalıyıq"
Məşhur sərmayəçi, "Roger Holding"in İdarə heyətinin sədri Jim Rogers, mərkəzi bankların daha çox pul çap etdiyini (döriyyəyə buraxdığını) və bu vəziyyətin pulun dəyərini aşağı saldığını bildirib. O, əlində qızılı olduğunu, eyni zamanda qızıl və gümüş almağa davam etdiyini söyləyib.
Marja xəbər verir ki, Rogers bildirib:
"İlk olaraq ABŞ-da bir seçki var. Siyasətçilər seçkini qazanmaq üçün əlindən gələni edirlər. Daha çox pul çap edilir. Seçkidən sonrakı 1-2 il ərzində işlər daha da pisləşəcək. Hər yerdəki hökumətlər daha çox pul dövriyyəyə buraxacaqlar. O zaman mən qızılın qiymətinin çox yüksələcəyini gözləyirəm. Bu vaxt qızılın unsiyasının qiyməti 5 min dollara belə qalxa bilər.Qızıl daha çox bahalaşarsa, əgər 10 minə gedərsə bəlkə o zaman sata bilərəm".
Məşhur sərmayəçi sözlərinə belə davam edib:
"Təəssüf ki, bu vəziyyət hazırda Yaponiyada, İngiltərədə və dünyanın çoxu yerində olur. Mərkəzi banklar daha çox pulu dövriyyəyə buraxırlar. Yeni bir nəzəriyyə də var; MMT (more money today - bugün daha çox pul), bu, daha çox pul mənasını verir. "Narahat olmayın, biz pul çap edəcəyik və bunu xərcləyəcəyik" deyirlər. Kimsə nə qədər davam edəcəyini bilmir, amma yaxşı nəticələnməyəcəyini bilirik" deyib.
Pul çap edilməsinin artması ilə pulun dəyərini nəyin müəyyən edəcəyi barədə məşhur sərmayəçi deyib:
"Tarixdə də gördük. İnsanlar pul çap etdikdə və ya daha çox pul çıxardıqca pulun dəyəri azalır. Bu hər şeydə belədir, çox çıxarılsa onun dəyəri düşür. Real aktivlər ilə müqayisə edildiyi zaman təbii ki, pulun dəyəri düşər. Qızıl və gümüşlə müqayisə edildiyi zaman düşər".
Həmçiniun Rogers, "Bir az qızılım var və almağa davam edirəm. 2019-un yayından bəri qızıl və gümüş alıram. Çünki tarixə baxdığımız zaman insanlar pula və hökumətə olan etibarlarını itirdikləri zaman qızıl və gümüş alırlar. Alimlər və siyasətçilər bunu etməyin deyir, amma mən onlara qulaq asmıram. Deyirəm ki "qızıl və gümüş almalıyıq",- deyə bildirib.
Qeyd edək ki, bu yaxınlarda qızılın unsiyasının qiyməti 2 min dolları aşaraq rekord qırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri




















