"Bu il keçən illə müqayisədə üzümün alıcısı çoxdur"
Cəlilabadda salınan İtaliya mənşəli yeni üzüm bağları artıq öz məhsuldar dövrünü yaşayır. Yığım mövsümü başlayandan bu günədək bağlardan toplanan bol məhsulun 700 tona yaxını emal müəssisələrinə, 7 min tonu daxili bazarlara, 30 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.
Cəlilabadda dadı kimi adı da dillər əzbəri olan Həməşərə, Bayanşirə, Mədrəsə, Ağşanı, Qaraşanı və digər yerli üzüm sortları ilə yanaşı, xarici ölkələrdən gətirilən məhsuldar sortlar da yetişdirilir. İtaliya mənşəli Kardinal, Red qlob, Palieri, Prima, Atika kimi süfrə üzüm sortları bu torpaqlarda tez yetişməsi ilə fərqlənir.
Mütəxəssislər bu sahənin inkişaf etdirilməsinin vacibliyini həm də, üzümün hər hektarından əldə edilən gəlirin, digər kənd təsərrüfatı məhsullarından əldə olunan gəlirdən üstün olması ilə izah edirlər.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, üzümçülük rayon iqtisadiyyatının əsas sahələrindən biridir. “Rayonumuzda 1400 hektar sahədə üzüm becərilir. Üzümçülük əsas etibarı ilə rayonumuzda iki istiqamətdə texniki və süfrə sortlarından ibarətdir. 500 hektar sahədə texniki, 900 hektarda isə süfrə sortu əkilib. Artıq iki aya yaxındır ki, sahələrdən məhsul toplanılır. Bu günə qədər 7000 tona yaxın məhsul istehsal olunub, 693 ton məhsul şərab istehsalı üçün zavodlara təhvil verilib”, - deyə o bildirib.
Hazırda pandemiya qaydalarına əməl olunmaqla rayonda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni süfrə və texniki üzüm sortlarının əkin sahələri genişləndirilir, xarici investorlar cəlb edilir. Builki məhsuldarlıq fermerlərin də ürəyincədir. Fermer Əyyar Hacıyev deyib: “60 hektara yaxın sahəm var. Bu sahədə 16 növ sort becərilir. O, sortlardan birincisi məhsula başladığımız Prima sortu oldu. İndi isə İtaliyadan gətirilən sort əkmişik. Ötən il məhsulumuz bol idi. Ancaq alıcı qüvvəsi az idi. Bu il keçən illə müqayisədə alıcı çoxdur. Ötən il bu üzümün təxminən yarısını şərab zavoduna vermişdik. Ancaq bu il alıcı qüvvəsi çox olduğundan hələ bazarlara çıxarılır. Bundan başqa, Rusiyaya da üzüm göndəririk”.
Ötən il üzüm bağlarından 10 min tona yaxın, yaxud hər hektardan 95 sentner məhsul toplanılıb. Builki proqnoz isə 100 sentnerdən artıq olacağını göstərir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















