Azərbaycanlı tələbəsinin startapı dünya çempionu oldu
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində dünya çempionu olub.
UNEC-in yaydığı məlumatda bildirilir ki, Londonda baş tutmalı olan, lakin koronavirus pandemiyasına görə onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm dünya çempionu (grand champion), həm də “Yaradıcı” (Creative) kateqoriyası üzrə beynəlxalq qalib olub.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmsil olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.
UNEC tələbəsinin biznes startapı əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimləri dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlanır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























