Kür çayı yenə quruyur, problemlər artır
Salyan və Neftçala rayonları ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi vəziyyəti daha da gərginləşdirib.
Avqustun 29-dan etibarən Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalmağa başlayıb. Bəzi günlər 25-30, hətta 50 santimetr azalmalar müşahidə olunub. Azalmalar nəticəsində çayda suyun səviyyəsi 3 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif ərazilərində irili-xırdalı adalar üzə çıxıb.
Kürətrafı quraşdırılmış dayanıqlı və üzən su nasos stansiyalarının məhsuldar işləməsində çətinliklər yaranıb. Bu da öz növbəsində əkin sahələrinin suvarılmasına ciddi təsir göstərib.
Çayda suyun səviyyəsinin minimum həddən də aşağı olması Neftçalada vəziyyəti yenidən gərginləşdirib. Artıq dəniz suyu Kürə qarışıb, nəticədə çayın rayonun Bankə qəsəbəsi ərazisindən keçən hissəsinədək suyu şorlaşıb. Mütəxəssislərin fikrincə, çayda azalmalar belə davam edərsə, hər iki rayonda vəziyyət daha da çətinləşə bilər.
Xatırladaq ki, avqustun sonlarında respublika ərazisində intensiv yağışların yağması nəticəsində Kürün Salyan və Neftçala ərazilərindən keçən hissəsində çayda suyun səviyyəsi 2 metrdən çox qalxmışdı. Çayda axım sürətli olduğundan şorlaşmış su dənizə axıdılmış, Neftçalada vəziyyət normal hala düşmüşdü.
Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























