“Roseksimbank” və KOBİA birgə layihələrin icrasına dair razılıq əldə ediblər
“Roseksimbank” və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birgə layihələrin icrasına dair razılıq əldə ediblər. Bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.
Bildirilir ki, RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevin KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovla görüşü çərçivəsində Rusiyanın Azərbaycana ixracına maliyyə və kredit dəstəyi həcminin artırılması, kiçik və orta biznes sahəsində birgə layihələr portfelinin diversifikasiyası müzakirə olunub.
Tərəflər həmçinin RİM şirkətlər qrupu ilə Agentliyin strukturuna daxil olan KOB inkişaf fondları arasında Azərbaycan rezident şirkətlərinin Rusiyanın mal, iş və xidmət tədarükçüləri ilə xarici ticarət müqavilələrin maliyyələşdirilməsi üçün əməkdaşlığın artırılması məsələlərinə də toxundular.
Görüşün nəticələrinə əsasən Agentliklə mövcud potensial birgə layihələrin müntəzəm olaraq ətraflı araşdırılması barədə razılıq əldə edildi.
Görüşdə həmçinin potensial Rusiya-Azərbaycan layihələrinin reyestrini formalaşdırmaq məqsədilə “Roseksimbank”ın maliyyə alətləri barədə Azərbaycanın KOB-larını məlumatlandırmaq üçün Agentliyin məsul işçiləri müəyyən edilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















