Fransa hökumətindən "lüks" müdaxilə
Fransanın iri lüks məhsullar şirkəti LVMH, ABŞ-ın Tiffany şirkətini 16.2 milyard dollara satın almaqdan imtina etdi. ABŞ-ın Avropa Birliyi məhsullarına əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırması ilə əlaqədar olaraq Fransa hökuməti LVMH-dən satınalmanı təxirə salmasını tələb edib.Louis Vuitton, Christian Dior, Marc Jacobs, Bulgari kimi markaların sahibi Fransanın lüks nəhəngi LVMH, ABŞ-ın Tiffany-ni almaq üçün bağladığı müqaviləni əvvəldən təyin olunan 24 Noyabr 2020-ci il tarixinə qədər tamamlayamayacağını açıqlayıb.
Marja xəbər verir ki, LVMH keçən ilin noyabr ayında Tiffany-ni 16.2 milyard dollara satın almaq üçün müqavilə bağladığını açıqlamışdı. Ancaq LVMH, Fransa hökumətinin satınalmanı dayandırmalarını tələb etdiyini açıqlayıb. Bu tələbin səbəbi isə ABŞ-ın Avropa Birliyi ölkələrindən gələn mallara əlavə gömrük vergisi tətbiq edəcəyi hədəsidir.
MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR
Tiffany-nin İdarə heyətinin sədri Roger Farah müqaviləni tamamlamaq üçün məhkəməyə müraciət edəcəklərini bildirib.
Fransa hökumətinin müdaxiləsindən əvvəl belə razılaşmanın Tiffany-nin azalan satışları səbəbilə ləğv oluna bilinəcəyi danışılırdı. Koronavirus epidemiyasının təsirilə Tiffany-nin satışları ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 36% azalıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
49 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
53 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
56 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü





















.jpg)





