Qızılın ucuzlaşacağı ehtimal edilir
Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatının yaxşılaşacağı gözləntilərinin artması fonunda dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb. Buna COVİD-19-a qarşı Amerikada sınaq peyvəndinin təsdiq olunması və ABŞ-Çin ticarət sazişi danışıqlarının bərpa olunması xəbərləri səbəb olub.
Amerika iqtisadiyyatına dair nikbinliyin artması, foreks bazarlarında dollara olan tələbi artırsa da, səhm bazarlarında Amerikanın SP500 indeksinin də yeni tarixi maksimumlara doğru bahalaşması, investorların dollardaki investisiyalarını qiymətli kağızlara yönəldiblər. Bu da dollarda bahalaşmanın məhdud səviyyələrə kimi davam etməsinə səbəb olub.
Təhlillərə əsasən, SP500 indeksi 3480 punkta kimi bahalaşmaqda davam edə bilər. Dollar indeksinin isə sonbir həftənin müqavimət səviyyəsi altında qalacağı təqdirdə, cari həftənin dəstək səviyyəsini - 92.86 punktu qıra bilər. Bu, dollarda ucuzlaşma dalğasının yenidən sürətləndirəcəyini proqnozlaşdırmağa əsas verir.
Beləliklə, EUR/USD məzənnəsi 1.1824$-ı qırarsa, 1.1883, GBP/USD məzənnəsi isə 1.3112$-ı qırarsa, 1.3184$-a kimi bahalaşa bilər.
Əlvan metallar bazarlarında qızılın qiyməti üzrə ucuzlaşma proqnozları güclü olaraq qalır. Belə ki, 1928$-ın qırılması ilə burada 1884$-a kimi ucuzlaşma ehtimal edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 28 d. əvvəl
-
37 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
50 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
52 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 55 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb





















