800 fərdi yaşayış evi inşa olunur
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır.
Nazirliyin yaydığı məlumata görə, cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və 800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.
Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
























