Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank, pandemiya nəticələrindən təsirlənən müəssisələrə Dövlət Proqramı çərçivəsində sürətli onlayn kredit verən ilk maliyyə qurumu oldu.

Bankdan Marja-ya daxil olmuş məlumata görə, kreditin alınmasında, ilkin ərizə və sənədlərin təqdim edilməsindən başlayaraq vəsaitlərin verilməsinə qədər olan bütün proses müştərinin Bankın filiallarına gəlməsinə ehtiyac olmadan məsafədən, tamamilə onlayn rejimdə həyata keçirilir. Kreditlə bağlı qərar 2 iş günü ərzində verilir.

Qeyd edək ki, PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə Dövlət dəstək proqramının icrasına iyul ayında başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.

12.08.2020 15:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19