"Neftin qiyməti 150 dollara qədər arta bilər"
2025-ci ilə qədər neftin qiymətləri bir barel üçün 150 ABŞ dollarına qədər arta bilər.
Bu barədə “The Wall Street Journal” nəşri yazır.
Gələcəkdə neft hasilatına investisiyaların azaldılması mümkündür. Bunu “Northern Trace Capital” şirkətinin İnvestisiya üzrə direktoru Trevor Vuds hesab edir. Onun fikrincə, belə maliyyə təzyiqi səbəbindən 2025-ciilə qədər neftin bir barelinin qiyməti 150 ABŞ dollarına çata bilər.
Bundan başqa, investisiyanın azalması istehsalın azalmasına səbəb ola bilər. Bunu da “JP Morgan” investisiya şirkətinin analitiki Kristian Malek hesab edir. Onun fikrincə, bu halda neft bazarında tələb və təklif balansını qorumaq üçün əhəmiyyətli investisiyalar tələb olunacaq ki, bu da neftin qiymətini artıracaq.
Eyni zamanda, digər analitiklər hesab edirlər ki, bu ilin əvvəlindəki dalğalanmalardan sonra neftə olan tələbat bir müddət bərpa olunmaya bilər və bu səbəbdən də aşağı qiymətlər qalacaq.
Neft bazarındakı dalğalanmalar martın 6-da, OPEC+ iclasında iştirak edənlərin yekdil qərara gələ bilməməsi ilə başlayıb. Danışıqların uğursuzluğundan sonra neftin qiyməti 30% ucuzlaşdı. May ayında bağlanmış sazişə əsasən, OPEC+ sazişində iştirak edən ölkələr 2022-ci ilin aprelinə qədər neft hasilatının tempinin azaldılması ilə bağlı razılığa gəliblər. Bundan sonra neftin qiyməti artmağa başlayıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 san. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
-
14 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq


















.jpg)





