ABŞ-ın xam neft istehsalı kəskin azalıb
ABŞ-ın xam neft ehtiyatları keçən həftə 1,2 milyon barel artıb, istehsal isə kəskin düşübABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,2 milyon barel (0,2%) artımla 539,3 milyon barelə yüksəldiyini açıqlayıb.
Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 152 min barel azalacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 5,7 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 1,7 milyon barel (0,3%) artımla 651,7 milyon barelə çatıb.
ABŞ-ın benzin ehtiyatları isə 1,7 milyon barel (0,6%) azalaraq 257 milyon barelə geriləyib.
ABŞ-ın gündəlik xam neft istehsalı 6-12 İyun dövründə orta hesabla 600 min barel azalma ilə 10,5 milyon barelə düşüb. Bu rəqəm, 22-28 Fevral dövründə 13,1 milyon barel ilə ən yüksək səviyyəsinə çatmışdı.
EIA-nın "İyun 2020" hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 11,6 milyon barel olması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























