"Azərbaycan neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq"
Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan, Qətər böyük suveren aktivləri və xarici valyuta ehtiyatları sayəsində koronavirus pandemiyası nəticəsində dünya bazarında neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq.
Bu barədə neftin ucuzlaşdığı dövrdə neft ixracatçısı ölkələrin vəziyyətinə dair “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
“Sarsıntını sovuşdura bilmələri siyasətə düzəliş vermə bacarığından və nə qədər dayanıqlı olmalarından asılıdır. Bu ölkələr ən azı sarsıntıya tab gətirmək üçün məxariclərini azalda bilər. Digər tərəfdən, Oman, İraq kimi dərin və uzun çəkə bilən sarsıntılara uyğunlaşma bacarığı məhdud olan, habelə Bəhreyn kimi likvidliyin artan təzyiqinə məruz qalan, az dayanıqlı olan dövlətlər daha böyük risqlə üzləşir”, – hesabatda qeyd olunur.
Sənəd müəlliflərinə görə, karbohidrogen istehsal edən bir çox ölkələr daha əvvəl neftin bahalaşdığı dövrlərdə topladığı aktivlər sayəsində daha uzun müddət neftin ucuz olacağı dövrlərdə nisbətən dayanıqlı ola bilər: “Bu da ölkənin valyuta ehtiyatları dövlət borcunu xeyli üstələdiyi, bu borcu və büdcə kəsirini ödəmək üçün əl verdiyi təqdirdə özünü daha çox doğruldur”.
Məsələn, 2019-cu ildə Azərbaycanda, BƏƏ-də, Qazaxıstanda və Qətərdə valyuta ehtiyatları dövlət borcunu xeyli üstələyib, Səudiyyə Ərəbistanının dövlət borcunun 100 faizinə, Rusiyanın dövlət borcunun isə 50 faizinə bərabər olub.
“Lakin artan kəsir nəticəsində dayanıqlılıq azalacaq, xüsusilə də COVID-19 nəticəsində bəzi kredit xətlərinə təzyiqlər artacaq”, – hesabatda göstərilir.
Xatırladaq ki, Moody’s Azərbaycana “sabit” proqnozlu Ba2 kredit reytinqi təyin edib.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib





























