Prezidentin köməkçisi: “Şirkətlərin saytları qeyri-işləkdir”
Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. İş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.
"Azərbaycanda iri şüşə məmulatların istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də “İnterGalss” şirkətidir. Amma həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan başqa, əsas problemlərdən biri də odur ki, “İnterGlass” və bu kimi şirkətlərin istehsal gücü aşağıdır”, - deyə sahibkarlardan biri qeyd edib.
Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, “İnterGlass” artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. “Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün “İnterGlass”ın həyətində olan hazır şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun. Məhsulun satışında problem var”, - deyə ASK prezidenti qeyd edib.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var: “Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur”.
ASK prezidenti N. Əmirovun iradı ilə razılaşıb: “Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
























