Ac başda ağıl olmaz!

Biz ac olan zaman beynimiz təhlükəli rejimlə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beyinin əsas yanacağı diğər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Badənimizdə qlükoza ehtiyatı yalnız istifadə etdiyimiz yeməklərlə yaranır.
Beyinimizə şəkər gərəkirmi sualına cavab olaraq bir mənalı demək olar ki, şəkər- xeyir; qlükoza – bəli!
Beynimizin yeganə yanacağı qlükoza sayılır. Qlükozadan başqa beynimiz heçnə ilə qidalanmır. Beynimiz bədən həcmimizin cəmi2 %-ni təşkil etsə də, qəbul etdiyimiz koloriların 20%-ni bu orqan mənimsəyir.
Gündəlik olaraq beyinimizə 120 qram qlükoza lazım olur ki, bu da420 kkal bərabərdir (arıqlayanların nəzərinə). Beyin qlükozanı qidadan alır. Beyində artıq qlükozanı saxlamaq üçün heç bir resurs yoxdur, ona görə də qlükozanın qəbulu davamlı olmalıdır.Belə nəticəyə gəlmək olar ki, beyinqlükozayla yaxşı işləyir və onun azlığında zəifləyir. Beyinə ötürülən qlükozayla bağlı olan hər hansı bir problem zehni inkişafa təsir edir. Bəzi hallarda bu huşun itirilməsinədə səbəb olur. Buna tibbdə hipoqlikemiya deyirlər ( qanda şəkərin kəskin azalması).
Bir sıra dietoloqlar və bloqqerlər karbohidratların ziyanllı olduğunu iddia edir. Amma unutmaq olmaz ki, beyin qlükoza istehlak etməlidir. Qlükoza isə karbohidratdır. Lakin diqqətli olun! Tort və şirniyyatları bol istehlak etmək olmaz.
Bəs onda qlükozanı hardan alaq?
Əsas problem odur ki, insanlar karbohidrat olaraq əsas qida kimi un və şəkər məhsullarını - şəkər, çörək, şirniyyat və s. qəbul edirlər. Lakin bu qidalar qlükoza mənbəyi deyil. Qlükozanın daimi qəbulu üçün bir çox meyvə və tərəvəz var. Qlükoza məhsullarının siyahısını sizə təqdim edirik:
Məhsul | ( 100 qr məhsulda olan qlükoza | Ümumi şəkər (100 qr məhsulda) | Qlükoza % |
Yaşıl soğan | 1.4 | 1.6 | 88 |
Üzüm | 6.6 | 16.4 | 40 |
Ərik qurusu | 20.3 | 38.9 | 52 |
Kivi | 5.0 | 10.5 | 48 |
Qırmızı turp | 4.0 | 13 | 31 |
Bizə gün ərzində nə qədər qlükoza lazımdır?
Elmi araşdırmalar zamanı beyinin dəqiqədə 32 mkmoll qlükoza yandırır. Yəni beyinin sağlam və gümrah qalması üçün individual olaraq gün ərzində 62-120 qr qlükoza lazımdır. Çəki və boy göstəricilərindən asılı olaraq bu miqdar kimdəsə az, kimdəsə çox ola bilər.
Ona görədə beyninizin inkişafı və sağlamlıq üçün mütləq qlükoza qəbul edin.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
