Qida məhsullarının istehsalında 3,4 faiz artım!
Cari ilin yanvar-mart aylarında ölkə sənayesinin emal sektorunda qida məhsullarının istehsalında 3,4 faiz artım olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, içkilərin istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7 faiz, mebel istehsalı 56,5 faiz artıb.
Həmin dövr ərzində tütün məmulatlarının istehsalı 58,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54 faiz, kağız və karton istehsalı 3,3 faiz, poliqrafiya məhsullarının istehsalı 63,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,3 faiz, hazır metal məmulatlarının istehsalı 21 faiz, maşın və avadanlıqların istehsalı 42,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalıb.
Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)





.jpg)


.jpg)







