Qlobal iqtisadiyyat 8,8 trilyon dollar itirə bilər
Asiya İnkişaf Bankının (AİB) yeni proqnozuna əsasən, COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadiyyatın itkiləri 5,8-8,8 trln. dollar arasında ola bilər.
Bankın yenilənmiş “Assessment of the Potential Economic Impact of COVID-19” adlı hesabatına görə, sözügedən itki qlobal ÜDM-in 6,4%-dən 9,7%-nə qədər təşkil edir. Hesabatda qeyd edilir ki, 5,8 trln. dollar həcmində itki 3 ay davam edən təcrid ssenarisi halında, 8,8 trln. dollara çatan itkilər isə 6 aylıq təcrid ssenarisi halında baş verə bilər.
AİB-in proqnozuna görə, Asiya-Sakit Okean regionunda 3 aylıq təcrid halında ÜDM istehsalı 6,2% və ya 1,7 trln. dollar, 6 ay davam edən izolyasiya halında isə 9,3% və 2,5 trln. dollar azalacaq.
Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il dünya iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təxminən 3,2% və ya 8,5 trln. azalacaq.
APA
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü


























