Mərkəzi Bankdan sığortaçılara 7 tövsiyyə
Pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da öz təsirini göstərdi. Bu səbəblə xüsusi karantin rejimi şəraitində sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, habelə sığorta istehlakçılarının hüquqlarının qorunması məqsədilə nəzarət oraqanı olan Mərkəzi Bank tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Hazırlanan tədbirlər planı ilk dəfə 2020- ci il 29 aprel tarixində sığorta şirkətlərinə göndərilmiş və sığorta mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmişdir. Tədbirlər planın təsdiqlənməsi və ən qısa zamanda icrası məqsədilə 2020-ci il 5 may tarixində Mərkəzi Bankın nümayəndələri ilə Sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosasiyasının rəhbər şəxsləri arasında video konfrans şəklində görüş keçirildi. Keçirilən görüş zamanı tədbirlər planında mövcud bəzi nüanslar müzakirə edildikdən sonra sığorta rəhbərlərinin ortaq qərarı ilə təsdiqləndi.
Xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaratdı. Bunu nəzərə alaraq həm müştəri məmnuniyyətinin təmin edilməsi, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunub saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən aşağıda göstərilən istiqamətdə tədbirlərin keçirilməsi ilə bağlı rəhbərlərə tövsiyyələr verilir:
1. Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);
2. Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 2020-ci il 30 sentyabr tarixinə kimi möhlətin verilməsi;
3. Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımi idarəetmə və texnoloji tədbirlərin görülməsi;
4. Könüllü sığorta müqavilələrinin elektron formada bağlanılmasının təmin edilməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun və məlumatların mühafizəsi ilə bağlı hüquqi aktların tələbləri nəzərə alınmaqla);
5. Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;
6. Sığortalıların hüquqlarının qorunması məqsədilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması ilə yanaşı sığortalıların video zənglər vasitəsilə qəbulunun təmin edilməsi:
7. Sığortaçıların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınması və 2020-ci il üzrə aralıq dividendlərinin ödənilməməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















