Kosmosdan mesaj var: Neft -100 dolları görə bilər
Neftdə mənfi qiymətlər ola biləcəyini mart ayında təxmin edən Yaponiyanın üçüncü böyük bankı Mizuho Bankdan neft analitiki Paul Sankey, mayda Qərbi Texas neftində fyuçers qiymətinin -100 dollara (mənfi 100 dollara) düşəcəyini dilə gətirib. Peyk görüntüləri ilə hazırlanan məlumatlar, çənlərdəki neft miqdarının 3,2 milyard barelə qədər yüksəldiyini və bir neçə həftə ərzində bütün dünyada çənlərin tamamilə dolacağını göstərir. Mütəxəssislərə görə, bu vəziyyət, qiymətlərin yalnız ABŞ-da deyil, bütün dünyada sıfıra, hətta mənfiyə düşə biləcəyinə işarədir...Koronavirus pandemiyası qlobal iqtisadiyyata ağır zərbə endirərkən, neft bazarında tarixi günlər yaşanmaqda davam edir. ABŞ-da Qərb Texas nefti fyuçers bazarında -40 dollara qədər düşərkən, Brent neftidə də bu gün 21 ilin ən aşağı səviyyəsi olan 15 dolları gördü.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, dünyadan yüzlərlə kilometr uzaqdakı peyklər vasitəsilə əldə edilən görüntülər istifadə edilərək hesablanan dünyadakı neft çənlərinə dair doluluq məlumatları, ABŞ-da neftin qiymətinin niyə sıfırdan aşağı düşdüyünü göstərir.
ANBARLARDA 3,2 MİLYARD BAREL NEFT VAR
Çənlərdəki həcmin 3,2 milyard barel ilə rekord səviyyəyə yüksəldiyini göstərən məlumatlar, neft qiymətlərinin yaxın dövrdə təkrar mənfi qiymətlərə düşməsinin mümkün olacağına işarə edir.
Oilx adlı araşdırma şirkətindən Florian Thaler, Mayın sonu ya da İyunun əvvəlində çənlərin tamamilə dolmasını gözlədiklərini dilə gətirib.
Mütəxəssislər, bir neçə həftə ərzində dünyada neft çənlərinin tamamilə dolacağını və dünyanın bir çox bölgəsində neft qiymətlərinin sıfıra yaxınlaşacağını, bəzi yerlərdə də mənfiyə düşəcəyini söyləyirlər.
Bəzi neft şirkətləri, qiymətlərin mənfiyə gedişinə mane olmaq üçün müqavilələrə dəyişiklik etməyə başlayıb.
Neftdə mənfi qiymətlər ola biləcəyini mart ayında təxmin edən Yaponiyanın üçüncü böyük bankı Mizuho Bankdan neft analitiki Paul Sankey, mayda Qərbi Texas neftində fyuçers qiymətinin -100 dollara düşməsinin çox böyük ehtimalla olacağını dilə gətirib.
GÜNDƏ 50 MİLYON BAREL YIĞILIR
Məlumatlar gündə 50 milyon barel neftin çənlərə yığıldığını göstərir. Bu rəqəm apreldə dünyada cəmi neft istehlakının 70%-inə bərabərdir.
Məsələn, dünyanın ən böyük neft idxalatçılarından Hindistanda neftayırma zavodlarının yığma gücü 95%-ə çatmış vəziyyətdədir. Maye yanacaq satışlarında böyük azalma olduğu üçün neftayırma zavodlarının neft tələbi də sürətlə düşür. Böyük istehsalçılardan Nigeriya, yığma sahəsi qalmadığı üçün istehsalı azaltmaq qərarı verib.
İstehsalçılar və neftayırma zavodlar çən kirayəyə götürmək üçün yarışdadırlar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib




















.jpg)





