“Avstriya Hava Yolları” iflas təhlükəsi ilə üz-üzədir
Koronavirus pandemiyası ilə əlaqədar bütün müntəzəm uçuşlarını dayandıran “Avstriya Hava Yolları” (AUA) aviaşirkəti iflas təhlükəsi ilə qarşılaşıb.
“Lufthansa“ konserninin tərkibində olan aviaşirkət maliyyə yardımı almaq üçün Avstriya hökuməti ilə danışıqlara başlayıb. Avstriya mətbuatının verdiyi məlumata əsasən, şirkətin təkcə bu il üçün 500-800 milyon avro vəsaitə ehtiyacı var.
Mayın 3-dək bütün uçuşları dayandıran şirkətdən bildirilib ki, əgər həmin tarixdə uçuşlar bərpa olunarsa, bu ilin yay mövsümündə ən yaxşı halda ötən illə müqayisədə 25-50 faiz az sərnişin daşınacaq. Yeddi min işçinin çalışdığı AUA rəsmiləri növbəti ildə də ağır maliyyə dövrü keçirəcəklərini bəyan edərək, koronavirusdan əvvəlki sərnişin sayına yalnız 2023-cü ildə nail ola biləcəklərini bildiriblər. Həmin dövrə kimi isə şirkəti fəaliyyətini davam etdirmək üçün əlavə vəsaitlərə ehtiyac böyükdür.
Avstriya hökumətindən şirkətin yardım üçün müraciəti təsdiqlənsə də, ayrılacaq məbləğin müqabilində aviaşirkətin üzərinə hansı öhdəliklər qoyulacağını açıqlamayıb.
Müxalifətdə olan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) hökumətdən AUA-ya kredit verilməsi əvəzinə, yenidən həmin şirkətin nizamnamə kapitalında payçı kimi iştirakını tələb edib.
Qeyd edək ki, Avstriyanın milli aviadaşıcısı AUA 2008-ci ildə özəlləşdirilməyə çıxarılıb və “Lufthansa” konserni dövlətə məxsus səhmlər paketini (ümumi səhmlərin 41,6 faizi) alıb. Avstriya müxalifətinin indiki tələbi dövlət yardımı müqabilində şirkət üzərində nəzarətin əldə olunmasına hesablanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























