"Neft bazarları 100 ildir yaşamadığı bir şoku yaşayır”
"Çox istifadə edilməyən neft var bu da qiymətlərə təzyiq edir"Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol, neft bazarlarının 100 ildir yaşamadığı bir şoku yaşadığını bildirib.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Birol, ilk dəfə həm tələbdə inanılmaz azalmanın, həm də istehsalda çox sürətli bir artım olduğunu söyləyib. Birol "Çox istifadə edilməyən neft var bu da qiymətlərə təzyiq edir"-deyib.
Qiymətlərin bu səviyyələrə düşməsi neft idxal edən ölkələr üçün yaxşı xəbər kimi görünsə də vəziyyətin normal olmadığını söyləyən Birol xəbərdarlıq edib: "Dünyadakı neft sənayesinin çökmək təhlükəsi ilə qarşı-qarşıya qalması dünya iqtisadiyyatına növbəti mənfi təsiri edəcək".
Birol qiymətlərin bu səviyyələrdən bir az artmasının rahatlaşma təmin edəcəyini, dünya iqtisadiyyatına "nəfəs almaq" imkanı verəcəyini vurğulayıb.
“HASİLATIN 10 MİLYON BAREL AZALDILMASI BELƏ PROBLEMİ HƏLL ETMƏZ”
Birol bu həftə keçiriləcək OPEC yığıncağına dair, "Gündəlik hasilatın 10 milyon barel azaldılması belə problemi həll edə bilməz. Yəni bazardakı pisə gediş davam edəcək, onun üçün mən Səudiyyə Ərəbistanı və digər ölkə nazirlərilə danışaraq bu Cümə günü G20-nin fövqəladə yığıncağının keçirməsi təklifi ilə çıxış etmişəm. Burada daha təsirli qərarlar qəbul edilə bilər. Hasilat daha böyük həcmdə azaldılmalıdır",- deyib.
Birol, hasilatın 10 milyon barel azaldılmasının bazarlara yalnız bir neçə gün müsbət hava gətirəcəyini ifadə edib.
Qeyd edək ki, hazırda Brent nefti təxminən 32 dollardan alıcı tapır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















