ABŞ neft qiyməti proqnozunu 10 dollar da aşağı saldı
EIA, ABŞ-ın bu ilə dair gündəlik xam neft istehsalı proqnozunu da 1,2 milyon barel azaldıb.ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiyməti proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, EIA-nın "Aprel 2020" hesabatına görə, bu il Brent növü xam neftin orta qiymətinin 33 dollar olacağı nəzərdə tutulur. "Mart 2020" hesabatında, bu rəqəm 43 dollar olaraq təxmin edilmişdi.
İlin ikinci rübündə ortalama 23 dollar olacağı gözlənilən Brent növü xam neftin barel qiymətinin, ilin ikinci yarısında 30 dollara, gələn il isə 46 dollara yüksələcəyi nəzərdə tutulur.
EIA, "Mart 2020" hesabatında bu ilə dair neft qiyməti proqnozunu 18 dollar aşağı salmışdı. Beləliklə, son 2 hesabatda qiymət proqnozu 28 dollar azaldılıb.
Hesabatda, qiymət proqnozunun aşağı salınması ilə əlaqədar, dünyada yayılan yeni növ koronavirusun (Kovid-19) iqtisadi tənəzzülə səbəb olduğuna işarə edilib.
Həmçinin, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsal edən ölkələrin keçən aykı yığıncaqda neft istehsalının əlavə azaldılması qərarı qəbul edə bilməmələrinin qlobal təklifi daha da artırdığı vurğulanıb.
OPEC+ adlandırılan qrupun bu həftə hasilatın azaldılması qərarı qəbul etməsi vəziyyətində isə bu ilə dair qiymət proqnozunun yenidən dəyişdiriləcəyi qeyd edilib.
EIA, ABŞ-ın bu ilə dair gündəlik xam neft istehsalı proqnozunu 1,2 milyon barel aşağı salıb. Hesabata görə, ölkənin gündəlik orta xam neft istehsalının 11,8 milyon barel səviyyəsində reallaşması gözlənilir. "Mart 2020" hesabatında, ölkənin gündəlik xam neft istehsalının bu il 13 milyon barel səviyyəsində reallaşmasının nəzərdə tutulduğu qeyd edilmişdi.
ABŞ, 2018-ci ilin Noyabr ayında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















