Azərbaycanda pomidor ucuzlaşıb
"İndi xüsusilə Rusiyaya pomidor ixrac etmək sərfəli deyil, odur ki, yerli sahibkarlar məhsulu daxili bazara yönəldiblər və bolluq yaranıb""Son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1,5 manata düşüb".
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, ucuzlaşmaya həm ölkə daxilində, həm də ölkə xaricində pomidora tələbatın azalması və bolluq yaranması səbəb olub: "Hazırda Azərbaycanda pomidor mövsümü deyil, məhsul yalnız istixana şəraitində yetişdirilir. İndiyə qədər pomidor əsasən Rusiya, Ukrayna və Belarusa ixrac edilirdi. Amma bu ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi pomidora tələbatı azaldıb. İndi xüsusilə Rusiyaya pomidor ixrac etmək sərfəli deyil, odur ki, yerli sahibkarlar məhsulu daxili bazara yönəldiblər və bolluq yaranıb.
Elə Azərbaycanda da karantin rejimi aqrar məhsullara, o cümlədən pomidora tələbatı azaldıb. Hazırda ölkədə şadlıq və mərasim sarayları fəaliyyət göstərmir, toy və yas kimi tədbirlər keçirilmir. Turizm sektorunda da işlər tam şəkildə dayanıb, ictimai iaşə obyektləri də fəaliyyət göstərmir. Bunlar kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları idi və hazırda işləmədikləri üçün daxili tələb 5% azalıb. Bazarda təkif isə əksinə, 5% artıb. Bu da ucuzlaşma yaradır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







