Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub
Prezident: Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.
Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:
- Möhtərəm cənab Prezident, biz Sizin Sərəncamınızla Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi ilə artıq beşinci aydır ki, məşğuluq. Burada bizim əsas məqsədimiz 20 Yanvar – “Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Ondan əlavə, Sizin göstərişinizlə “Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlamışıq. Deməli, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəklər. Biz 20 Yanvar dairəsindən hərəkətin istiqamətini yol nişanları ilə ayıracağıq. Yəni, Binəqədiyə, Biləcəriyə, ondan əlavə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər. Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və 495 metr uzunluğunda, 7,5 metr enində iki hərəkət zolaqlı yan yolu açmışıq. Yeni tikilən tunelin eni 9 metrdir. Bundan əlavə də bir yenilik etmişik. Deməli, Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişini məhdudlaşdırmışıq. Biz bu hissədə işlərin artıq 80 faizini yerinə yetirmişik. May ayının sonuna qədər yəqin ki, tamamlayacağıq.
Möhtərəm cənab Prezident, bu dəmir yolu körpüsü 1960-cı illərdə tikilib, onun dayaqları yeni açılacaq tunelə maneçilik törədirdi. Siz göstəriş vermisiniz, burada 65 metr uzunluğunda, orta dayaqları olmayan yeni bir körpünün inşası nəzərdə tutulub. Biz bu körpünü də tam hazır edəcəyik, dəmir konstruksiyadan ibarət olacaq. Dəmir yolu xəttinin dayandırılması məhdudiyyəti olmayacaq və hazır olan kimi biz o körpünü gətirib quraşdıracağıq. Burada isə əvvəlki ekologiya postu sökülür, yenisi tikilir.
Prezident İlham Əliyev: Bu yol oradan genişləndiriləcək?
Saleh Məmmədov: Bəli, genişləndirəcəyik. Post götürülür və Xırdalandan, Şamaxıdan gələn avtomobillərin mərkəzi yola girməsi üçün burada döngə də yaradacağıq. Həm Rusiya-Quba istiqamətindən, həm Sumqayıtdan, həm də Şamaxıdan və Sulutəpədən gələn avtomobillərin mərkəzi yola çıxışını təmin edəcəyik.
Möhtərəm cənab Prezident, bu isə “Şamaxinka” deyilən ərazidə yeni inşa olunmuş piyada keçididir. Bu piyada keçidi Azərbaycanda ilk dəfə olaraq pilon üsulu ilə, yəni orta dayağı olmadan tikilib, aşırımı burazlar saxlayır.
Prezident İlham Əliyev deyib:
- Son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilmişdir. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda tıxacdan tərpənmək mümkün deyildi.
Saleh Məmmədov: Bəli, cənab Prezident.
Prezident İlham Əliyev: Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək.
Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək.
Saleh Məmmədov: Cənab Prezident, bunlar hamısı Sizin göstərişiniz əsasında həyata keçirilir. Biz də söz veririk ki, bütün bu işləri iki ay müddətinə başa çatdıraq və bununla da insanların Sumqayıt və Rusiya istiqamətində rahat hərəkətini tam tənzimləyək.
Prezident İlham Əliyev: Şamaxı yolunun bu hissəsini də genişləndirirsiniz?
Saleh Məmmədov: Bəli. Buradan gələn maşınların düz keçəndə bir-birinə maneə törətməməsi üçün.
Prezident İlham Əliyev: Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi.
Saleh Məmmədov: Bəli, bu hissə dar idi.
Prezident İlham Əliyev: Hansı tərəfin hesabına genişləndirirsiniz?
Saleh Məmmədov: Sağ tərəfdəki o dairənin hesabına.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub



















