30 il əvvəl bu addım atılanda Brent neftinin qiyməti 10 dollardan aşağı düşmüşdü
Neft qiymətlərindəki böyük azalmanın büdcələri neftdən asılı ölkələri vuracağı bildirilir.
Marja xarici mətbuata istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsinin ABŞ-da kiçik şist nefti istehsalçılarına da mənfi təsir edəcəyi gözlənilir.
Səudiyyə Ərəbistanı kimi ölkələrin gələcəkdə bazara təsirlərini azaltmaq üçün qlobal siyasətlərdə dəyişikliklər olacağı, alternativ enerjilardən istifadənin sürətlənəcəyi gözlənilir.
Ötən həftənin sonu Səudiyyə Ərəbistanı rəqiblərini sıxışdırmaq və bazar payını artırmaq üçün yenidən qiymət müharibəsinə başladıb.
Qərb Texas nefti, ABŞ-ın neft istehsalını artırdığı bir mühitdə Səudiyyə Ərəbistanının istədiyi miqdarda istehsal etmək qərarı verdiyi 1985-ci ilin sonundan 1986-nın Mart ayına qədərki dövrdə 66% düşmüşdü. Brent neftinin qiyməti 1990-cı ilin sonunda qısa müddətə 10 doallardan aşağı düşmüşdü.
Səudiyyə Ərəbistanı haftəsonu rəsmi neft qiymətlərində ən azı 20 ildən bu yana ən böyük endirimə gedib və alıcılarına istehsalı artıra biləcəyinin işarəsini verib. Səudiyyə Ərəbistanının niyyət şərhi bazarda "neft seli" ola biləcəyi narahatlıqlarını artırıb. Rusiya isə şirkətlərinə istədikləri qədər neft çıxara biləcəklərini söyləyib.
Xəbər verdiyimiz kimi, bu gün Brent nefti 30%-dən çox ucuzlaşıb və 31 dolları görüb. Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlaşmadır.
Ötən həftənin cümə günü Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqlarının keçirdikləri yığıncaq müvəffəqiyyətsizliklə nəticələnib və ittifaq pozulub. Səbəb Rusiya və Qazaxıstanın, neft hasilatının ilin sonundadək əlavə 1,5 milyon barel azaldılması və mövcud müqavilənin də (1,7 milyon barel ixtisar) ilin sonunadək uzadılması bardə OPEC-in təklifinə razı olmamalardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























