Həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlandı
Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil ecəcək, arabir yağıntılı olacağı gözlənilir.
Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.
Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 32 d. əvvəl
-
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti




















