"Prezident seçilsə qızılın qiyməti 2000 dolları aşa bilər"
Məşhur sərmayəçi Peter Schiff, 3 Noyabrdakı ABŞ prezident seçkilərində pulsuz təhsil və səhiyyə vədi verən Bernie Sandersin seçilməsi vəziyyətində, seçkinin sabahısı günü qızılın unsiyasının qiymətinin 2000 dollar səviyyəsini keçə biləcəyini nəzərdə tutur. Peter Schiffə görə, bazar, Sandersin Prezident seçiləcəyinə seçki əvvəlində inansa bu səviyyə daha əvvəldən də aşıla bilər
Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti bazar ertəsi günü 1685 dollarla son 7 ilin ən yüksək səviyyəsinə çatıb. Bu yüksəlişə koronavirus epidemiyasına dair narahatlıqlar səbəb olub.
Marja xəbər verir ki, Bazar ertəsi günü görülən ən yüksək səviyyənin ardından bu gün qızılın unsiyasının qiyməti 1632 dollardır.
SON HƏFTƏLƏRDƏ ÖNƏ ÇIXDI
ABŞ Prezident seçkiləri üçün Demokratiya Partiyası namizəd müəyyən etməkdədir. Son həftələrdə, Bernie Sanders partiyanın namizədləri arasında önə çıxmağa başlayıb. Bernie Sandersin 3 Noyabrdakı seçkilərdə ABŞ Prezidenti Donald Trampun qarşısına çıxması və seçkini qazanması bazarlar üçün mənfi bir ssenari olaraq görünür.
Özünü "demokratik sosialist" adalnadıran Vermont senatoru Bernie Sandersin seçki kampaniyasının əsas mövzudu "gəlir ədalətsizliyidir". Sanders seçilməsi vəziyyətində zənginlərdən və sərmayə bazarı qazanclarından daha yüksək vergi almağı, təmin edilən əlavə gəlirlərlə də bütün ABŞ vətəndaşlarına ödənişsiz təhsil və səhiyyə xidməti vəd edir.
"ZƏNGİNLƏRDƏN ALINAN VERGİ ÇATMAYACAQ"
Bernie Sandersin seçilməsi vəziyyətində sərmayəçilərin "etibarlı limanlara" yönələcəyi gözlənilir. Mövzuni şərh edən "Avro Pacific Capital"ın İcraçı direktoru, məşhur sərmayəçi Peter Schiff, "Sandersin seçilməsi dövlətin büdcə kəsirini artması və Fed-in daha çox pul çap etməsi mənasını verir. Zənginlərdən daha çox vergi alaraq verdiyi vədləri maliyyələşdirməsi mümkün deyil" ifadələrini istifadə edib.
Schiff şərhinə sözlərlə davam edib:
"Sanders Prezident seçilsə, qızılın qiyməti seçkinin sabahısı günü 2000 dolların üzərinə çıxacaq. Bazarlar Sandersin seçkini qazanacağına inansa 2000 dollar daha əvvəl də aşıla bilər".
SON SORĞUDA TRAMPI KEÇİB
Yaxşı Bernie Sanders Demokratiya Partiyasının namizədi olsa Trampdan çox səs yığa bilərmi? Son sorğular bunun güclü bir ehtimal olduğunu göstərir. "CBS News"un "YouGov"la 20-22 Fevral tarixlərində ortaq şəkildə keçirdiyi sorğuda 10 min nəfərdən kimə səs verəcəkləri soruşulub. 47%-i "Bernie Sanders", 44%-i "Tramp" deyib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası























