Aqrar Sığorta Fondu TARSİM ilə əməkdaşlıq edəcək
Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazir İnam Kərimov və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazir İnam Kərimov qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. O bildirib ki, 2019-cu ildə Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib:
“Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək”.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sektorun inkişaf etdiyini deyən Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metin qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var:
“Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanda aqrar sığortanın tətbiqi və inkişafı üçün təcrübə mübadiləsi və texniki dəstək göstərməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan aqrar sığorta modeli region ölkələri üçün nümunə olacaq”.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sığorta sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan Respublikasının Aqrar Sığorta Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında kənd təsərrüfatı sığortası sahəsində Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.
Niyyət Bəyannaməsi iki ölkə arasında aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















