ABŞ-ın xam neft ehtiyatları artdı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 0,4 milyon barel (0,1%) artımla 442,9 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 2,5 milyon barel artacağı istiqamətində idi.
Marja xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 2 milyon barel (0,8%) azalaraq 259,1 milyon barelə geriləyib. Bazar proqnozu ehtiyatların 0,4 milyon barel artacağı istiqamətində idi.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 431 min barel azalaraq 6,55 milyon barel, neft ixracı isə gündəlik ortalama 594 min barel artımla 3,56 milyon barelə yüksəlib.
NEFT HASİLATI SABİT QALIB
8-14 Fevral həftəsində ABŞ-da xam neft istehsalı 13 milyon vedrə səviyyəsində reallaşıb. Bu, bir əvvəlki həftə ilə eyni səviyyədədir.
EIA-nın Fevral hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 13,2 milyon barel olacağı təxmin edilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
10 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

















.jpg)






